Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konserе keçirilib. Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.

101.az xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilib.

Beynəlxalq Muğam Mərkəzində daima Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının tələbələrinin, uşaq musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə tədbirlər keçirilir,BMM-nin və ADMİU-nun "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi və b.
Konsertdə F.Şopenin "Ballada", "Qrand polonez", A.Vivaldinin "İlin fəsilləri", F.Kreyslerin "Çin tanburini", F.Sücətdinovun "Qaytağı", N. Paqaninin "Kampanella",H. Venyanskinin "Skertso-tarantella",C.Cahangirovun "Ana", C.Friskobaldinin "Tokkata", T.Quliyevin "Azərbaycan elləri" əsərləri səslənib.
Tamaşaçılar qarşısına Nərmin İsmayılova, Nərgiz Əliyeva, Ayşə Cəmil, Alim Abdullayev, Cavanşir Rüstəmbəyli, Cannel Nəcəfli, Vaqif Qurbanov, Pərvin Vəlizadə, Ərol Rzayev, Sona İsgəndərli, Leyla Zeynalova piano, tar, klarnet, violin və digər musiqi alətlərində ifa ediblər.

Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, mayın 29-da Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Yeni səslər, qədim havalar" adlı tədbir keçiriləcəkdir.
Layihənin informasiya dəstəyini Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı, Azərbaycan Radiosu, Azərtac, "Baku" jurnalı, day.az, milli.az, trend.az həyata keçirir.
Biletləri şəhərimizin kassalarından,"ASAN xidmət" mərkəzlərindən və iticket.az saytından əldə edə bilərsiniz.

101.az(mənbə-milli.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR