Dünya bazarlarında neft və təbii qaz bahalaşdı

Dünya bazarlarında neft və təbii qaz bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 4,52% artaraq 1 barelə görə 34,72 dollar təşkil edib.

101.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,67% artaraq 32,97 dollar təşkil edib.

Eləcə də Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,39% artaraq 1,885 ABŞ dolları təşkil edib.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR