Cavid Çələbiyev 1/8 finala yüksəlib

Cavid Çələbiyev 1/8 finala yüksəlib

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, boksçularımızdan Cavid Çələbiyev (63 kq) debütdə Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş gərgin alınıb. Qarşılaşma 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb.

Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.

Ondan fərqli, Rauf Rəhimov (91 kq) Mücahit İlyasla (Türkiyə) qarşılaşıb və məğlubiyyətə üzülüb.

Qeyd edək ki, turnirin üçüncü günündə 4 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynovla (52 kq) Lorenzo Sotomayor (69 kq) ilk görüşünə çıxacağı halda, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR