Ölüm ayağında olan koronavirus xəstələrinin son istəkləri BÜTÜN DÜNYANI AĞLATDI

Ölüm ayağında olan koronavirus xəstələrinin son istəkləri BÜTÜN DÜNYANI AĞLATDI

Böyük bir tragediya yaşanır ölkəmizdə... Yaşlı xəstələr ölmədən əvvəl ağlayaraq bizə yalvarırlar. Ən yaxınları ilə vidalaşmaq istəyirlər... Təkbaşına ölmək istəmirlər... Yaxınları ilə kamera vasitəsilə vidalaşırlar... Ölmədən əvvəl şüurlarını itirmirlər... Komaya girmirlər... Can çəkirlər...Boğulurlar...

Hər şeyi dərk edirlər...

Adətən, ər-arvad eyni gündə ölürlər. Uşaqları, nəvələri uzaqdadır.

Bu xəstəlik qripdən çox-çox daha ağır keçir. İnanın, çox-çox daha fərqlidir. Lütfən, ona qrip deməyin. Əlaqəsi yoxdur. Xəstələr ən az 7-10 gün evdə qalır. Kiməsə yoluxdurmaq istəmirlər.

Temperaturları çox yüksəkdir. Ağırlaşanda gəlirlər, çünki artıq dayana bilmirlər boğulma hissinə...

Nəfəs ala bilmirlər... Oksigenə ehtiyacları var...

Bu virus üçün dərmanlar çox azdır. Biz sadəcə yardım etməyə çalışırıq. Amma hər şey xəstədən asılıdır...

Erkən ya da gec xəstəxanaya gəlmələri heç nəyi dəyişdirmir... Son eyni sondur. Yaşlılar tab gətirə bilmirlər.

Tibb bacılarından gözlərindən yaş axır. Hamısını xilas edə bilmirik. Görürük. Vital funksiyaları aşağı olanların sonu bəllidir... Cihazlar yalan danışmır...

Çox təcili yeni yataqlara ehtiyacımız var.

Ağırlaşanların sayı çoxdur. Xəstəxanalara axın-axın gəlirlər. Ən ağır xəstələrin adları qırmızı rənglə yazılır. Ki, artıq başqa bir rəng yoxdur!

Hər kəsə eyni prosedurlar tətbiq edilir. Xəstəlik eynidir. Diffuziyalı, ikitərəfli sətləcəm...

Lütfən, söyləyin, hansı qrip bu tragediyaya səbəb ola bilər?

Qrip bu qədər yoluxucu deyil. Və nadir halda sətəlcəmə çevrilə bilər. Bu virus isə çox fərqlidir.

İnanılmaz yoluxucu və inanılmaz ağır keçir bir qrup üçün. Gənc insanlarda bəsit qrip kimi keçən xəstəlik yaşlılarda dəyişir.

Ölkəmizdə yaşlı insanlar çoxdur və 65 yaşdan yuxarı, demək olar ki, hamısının xroniki xəstəliyi var.

Şəkər, yüksək təzyiq. Təəssüf ki, ağır xəstə olan gənclər də var. Onları görsəniz, gənc olduğunuza da sevinmə səbəbiniz qalmaz.

Xəstəxanada artıq cərrah, ortopediya mütəxəssisi, qadın doğuş, göz və ya cildləyici artıq yoxdur. Hamısı koronavirus savaşçısı olub.

Xəstələr saatbasaat çoxalır.

Analiz nəticələri ard-arda gəlir...

Pozitiv.

Pozitiv.

Pozitiv.

Bütün xəstələrin sənədlərinin üzərində eyni simptomlar yazılıb.

Qızdırma. Tənəffüs çatışmazlığı. Öskürək. Boğulma hissi.

Çoxu reanimasiyadadır.

Bəziləri çətinliklə nəfəs alır. Oksigen maskalarının altında belə...

Bəziləri artıq almır...

Reanimasiya otaqları doludur. Yeniləri açılıb.

Oksigen maskaları qızıldan dəyərli olub.

Artıq xəstəxanalarda əməliyyatlar olunmur.

İnana bilmirəm. Hər şey o qədər sürətlə baş verdi ki... Hamımız çox məşğuluq. Kimsə dayanmaq istəmir. Hər kəs gecə yarısına qədər xəstəxanada olur. Doktorlar tibb işçisi kimi işləyir.

Mən bir həkim olaraq 2 həftədən bəri evimə gedə bilmirəm. Ailəm üçün qorxuram. Yoluxsa, onlardan da yaşlı qohumlarımıza keçə bilər.

Kamera vasitəsilə uşaqlarımı görürəm.

Ara-sıra fotolarına baxıram. Ağlayıram...

Bizim günahımız yoxdur. Sizin də günahınız yoxdur! Bizə bu xəstəliyin bu qədər təhlükəli olduğunu söyləməyənlər günahkardır.

Bizdən gizlətdilər. Bəsit bir qrip kimi qələmə verdilər.

Tədbir görülmədi.

Gec oldu...

Lütfən, evinizdən çıxmayın. Bizi dinləyin.

Sadəcə çox təcili durumlarda çıxın.

Qətiyyən marketə alış-verişə getməyin! Bu, ən pisidir. Hər kəs əvvəlcə oraya gedər. Xəstə biri ilə orada görüşməyiniz böyük ehtimaldır. Bağlanmağa az qalanda gedin.

Bəsit maskalardan istifadə edin. FFP2, FFP3-ləri bizim üçün saxlayın. Artıq maska tapmaq çox çətinləşdi.

Bəzi həkimlər artıq virus daşıyıcısı olub. Onlar da öz yaxınlarına keçirdi.

Lütfən, özünüzü qoruyun. Tədbir görün!

Xəstələrinizə çölə çıxmağı qadağan edin! Yeməklərinizi özünüz alın. Bizim evdə qalmaq şansımız yoxdur. Bu, bizim işimizdir. Son günlərdə heç alışmadığımız işləri görürük. Çünki görmək məcburiyyətindəyik. Bəzən ən ağır xəstələrə kömək edə bilməsək də, son ana qədər onların yanındayıq...

Biz doktorlar daim risk altındayıq. Əvvəl də elə idi. Xəstənin HİV və ya hepatitli olub-olmadığını bilmədən qan analizləri edirdik. Bəzən iynə bizim də əlimizə batırdı. Qorxurduq. Özümüzə də analizlər edirdik.

Bu gün isə bizə qəhrəman deyirlər. Halbuki, dünənə qədər bizi günahlandırırdılar.

Sabah hər şey bitdikdən sonra bizim etdiklərimiz də unudulacaq... hər şeyin unudulduğu kimi...

İndi birlikdə düşünək.

Biz doktorlar xəstəxanadakı insanların həyatlarına toxunuruq. Onları yaşatmağa çalışırıq.

Lütfən, qələbəlikdən uzaq durun. Kinoya, muzeyə, idmana getməyin. Yaşlı insanlara yazığınız gəlsin. Onların həyatı sizin əlinizdədir...

Siz bizdən daha çox insanın həyatına toxuna bilərsiniz...

Bunları paylaşın, bütün dünya oxusun.

Hələ ki, çox gec olmadan...



İtaliya, Berqamo

"Humanitas Gavatseni” xəstəxanası

Dr. Daniel Maçini...

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR