Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı proqnozlaşdırdı

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı proqnozlaşdırdı

Tanınmış ekstrasens Zirəddin Rzayev koronavirusun yayın sonuna qədər tamamilə aradan qalxacağını, virusun Azərbaycanda elə də ağır keçməyəcəyini söyləyib.

101.az xəbər verir ki, Bizimyol.info-ya açıqlama verən öngörücü hələ 2 il öncə dünyanı xərçəngdən daha qorxunc xəstəliyin bürüyəcəyini və onun kütləvi insan ölümlərinə səbəb olacağını demişdi. Zirəddin Rzayev virusun ən gec 3 həftə içərisində nəzarətə alınacağını, yayın sonuna qədər də tamamilə yox olacağını deyərək yeni, başqa virusların da görünə biləcəyini söyləyib. Lakin yayılma ehtimalı olan növbəti virus koronavirus qədər təsirli olmayacaq.

O koronavirusun Azərbaycanda Çin və Avropa ölkələrinə nisbətən daha yüngül keçəcəyini söyləsə də, ölüm hallarını da istisna etməyib.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR