Fuad Babanlı vəfat edib

Fuad Babanlı vəfat edib

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Fuad Babanlı vəfat edib.

101.az xəbər verir ki, bu barədə yazıçının yaxınları bildiriblər.

Qeyd edək ki, Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951-1961-ci illərdə Qazaxda orta məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis olan şair müxtəlif vəzifələrdə çalışıb. İki oğlu, dörd nəvəsi var. Oğullarından biri tanınmış azərbaycanlı ovçu Faiq Babanlıdır.

Fuad Babanlı doğulduğu Qazax şəhərində dəfn edilib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR