Ölmüş insandan koronavirusa yoluxma mümkündür? - ÜST-dən açıqlama

Ölmüş insandan koronavirusa yoluxma mümkündür? - ÜST-dən açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölmüş insandan koronavirusa yoluxmağın mümkün olmadığını bildirib.

101.az “UNN” xəbər xidmətinə istinadən bildirir ki, qurumun nümayəndəsi Kristian Lindmayer patogenin hava-damcı yolu ilə yayılması səbəbindən, ölmüş insan bədəninin təhlükə yaratmadığını bildirib.

“Bu halda heç bir təhlükə yoxdur. Lakin, məsələn, “Ebola” virusu başqa cür hərəkət edir. Ona görə də “Ebola”ya yoluxanın həm dirisi, həm də ölüsü təhlükə mənbəyidir”, - deyə mütəxəssis vurğulayıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR