Kosmos Oteli 2021-ci İldə istifadəyə veriləcək

Kosmos Oteli 2021-ci İldə istifadəyə veriləcək

Dünyadakı 5 ulduzlu otellərdən sıxılmısınızsa, kosmosda olan 'Space Hotel' yəni Kosmos otelinə gedə bilərsiniz.
Əgər konsept bir oteldə qalmısınızsa,deməli, bunun nə qədər əyləncəli bir təcrübə olduğunu da bilirsiniz. Dünyanın bir çox yerini gəzib gördüyünüzü düşünürsünüzsə və artıq dünyadan uzaqlaşmaq istəyirsinizsə 2021-ci ildə açılacaq olan ''Kosmos'' otelini yoxlaya bilərsiniz.

Orion Span adlı cəhd, 2021-ci ilə qədər Aurora stansiyasının bir otelə çevrilməsi layihəsidir. Otel, dünyadakı otellərdən həm yerləşmə, həm də qiymət baxımından çox fərqlidir. Planetin orbitində səyahət edərkən lüks yataqlar və otaq xidməti tapa bilməzsiniz, ancaq mənzərənin bənzərsiz olacağı bir həqiqətdir. Bu otel diqqətinizi çəkdisə, cibinizin də xəyal gücünüz qədər zəngin olması lazımdır.



Beynəlxalq Kosmos Stansiyasına 1 günlük səfər üçün 40 milyon dollar müəyyən olunub. Əgər siz də Kosmos otelində qalmaq istəsəniz, indidən adınızı gözləmə siyahısına daxil etmək üçün 80 min pulu Orion Span-a verib bu siyahıya daxil ola bilərsiniz.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR