Almaniyada daha bir futbolçu koronavirusa yoluxdu

Almaniyada daha bir futbolçu koronavirusa yoluxdu

Almaniyanın "Ayntraxt" klubunda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

101.az xəbər verir ki, komandanın futbolçularından birində infeksiya aşkarlanıb.

Bildirilib ki, oyunçuda tipik xəstəlik sipmtomları müşahidə olunduqdan sonra dərhal testdən keçirilib və analiz müsbət nəticə verib. Klubun bir neçə əməkdaşının 14 günlük karantinə alınacağı vurğulanıb.

Qeyd edək ki, Avropada hazırda yeni növ koronavirusa yoluxan və adları açıqlanan futbolçuların sayı 23 nəfərdir.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR