İqtisadi komitənin üzvləri maaşlarının bir hissəsini fonda köçürəcəklər

İqtisadi komitənin üzvləri maaşlarının bir hissəsini fonda köçürəcəklər

"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bütün üzvləri bir aylıq maaşlarının bir hissəsini Prezident cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyi qərara gəldilər".

101.az xəbər verir ki, bu məlumatı sözügedən komitənin sədri Tahir Mirkişili deyib.

"Hər birimiz bu qlobal mübarizəyə dəstəyini verməlidir. Bu pandemiyaya biz güclü dövlətimiz, güclü iradəmiz və güclü həmrəyliyimiz nəticəsində qalib gələcəyik!".

Qeyd edək ki, Komitə üzvləri - Tahir Mirkişili, Əli Məsimli, Abbaszadə Mahir, Allahverdiyev Elnur, Bayramov Vüqar, Əfəndiyev Məzahir, Əhmədov Vahid, Hüseynov Aydın, Quliyev Rüfət, Məmmədov Anar, Məmmədov İqbal, Məmmədov Məşhur, İsmayılov İmamverdi, Səmədzadə Ziyad, Vəliyev Ağalardır.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR