Ölkədə vəziyyət sizin bildiyiniz 15-20 gün əvvəlki deyil-HAKİMİYYƏT XALQIN ƏLİNƏ KEÇİB
Ermənistanda polis qüvvələri səs qumbaraları və başqa xüsusi vasitələrdən istifadə edərək və kobud güc tətbiq edərək, Serj Sarkisyanın baş nazir vəzifəsində yenidən hakimiyyətə gəlməsinə qarşı etiraz yürüşünü dağıtdılar.
101.az Ermənistan mediasına istinadən bildirir ki, çoxsaylı xüsusi təyinatlı polis qüvvələri Ermənistanın Erebuni rayonunda yürüş keçirən yüzlərlə etirazçıya hücum edib. Nümayiş iştirakçıları döyülüb, onlarla insan həbs olunub.
Hadisə yerindən təcili yardım maşınları xəsarət alanları xəstəxanalara aparırlar. Yaralıların sayı hələ məlum deyil.
Etiraz aksiyaların liderləri, millət vəkilləri Nikol Paşinyan, Ararat Mirzoyan, Sasun Mikayelyan və başqa fəallar həbs olunub.
Buna baxmayaraq, nümayişçilər yürüşü davam etdirir, hamın Respublika meydanında axşam mitinqə toplaşmağa çağırır.
Avtomobil siqnallarının səsi kəsilmir. Sürücülər siqnallarla etiraz iştirakçılarını alqışlayır.
Polis əməliyyatları Serj Sarkisyanın onun istefasını tələb edən hərəkata rəhbərlik edən millət vəkili Nikol Paşinyanla danışıqlarından sonra başlanıb.
Bu gün səhər Ermənistan baş nazir Serj Sarkisyanla onun istefasını tələb edən etiraz hərəkatına rəhbərlik edən Nikol Paşinyanla danışıqları 3-4 dəqiqə çəkdi. Serj Sarkisyan danışıqları tərk etdi.
Sarkisyanla görüş haqqında şənbə axşamı Respublika meydanında Nikol Paşinyanla Ermənistan prezidenti Armen Sarkisyan arasında razılıq əldə edilmişdi.
Prezident Armen Sarkisyan Ermənistan baş naziri Serj Sarkisyanın istefasını tələb edən hərəkatın lideri Nikol Paşinyanla görüşmək üçün, Paşinyanın çağırışına əməl edərək, özü Respublika meydanına gəlmişdi. On minlərlə insan hər axşam burada mitinqə toplaşır.
Söhbətə Serj Sarkisyan başladı: "Şadam ki, mənim dialoqa çoxsaylı çağırışlarıma cavab verdiniz... Hər halda, şadam... ".
"Görünür, anlaşılmazlıq var. Çünki bu aksiya barədə danışarkən, mən mövqeyimizi çox aydın qeyd etmişəm ki, söhbət sizin təklif etdiyiniz mükalimədən deyil, bizim təklif etdiyimiz güdəlikdən gedir. Mən bura sizin istefanız və hakimiyyətin dinc və rahat şəraitdə ötürülməsinin şərtlərini müzakirə etməyə gəlmişəm. Mən sizi çağırıram..." - Paşinyan dedi, Serj Sarkisyan onun sözünü kəsdi və dedi ki, "bu, danışıq, dialoq olmadı".
Sarkisyan dedi: "Bu, sadəcə qanuni hakimiyyətə ultimatum, şantajdır. Siz məsuliyyət dərəcəsini anlamırsınız, martın 1-dən ciddi ibrət dərsi almayıbsınız... Və əgər belə tonda danışacaqsınız, mənə daha bir dəfə sizə məsləhət vermək qalır ki, qanun çərçivəsinə və ümumiyyətlə məntiqi danışıqlar çərçivəsinə gələsiniz. Əks təqdirdə, bütün məsuliyyət sizin üzərinizə düşür".
Paşinyan dedi ki, heç kəs etiraz iştirakçıları ilə "hədələmə dili ilə danışa bilməz".
"Mən deyirəm ki, siz Respublikada yaranmış vəziyyəti təsəvvür etmirsiniz. Ölkədə vəziyyət sizin bildiyiniz 15-20 gün əvvəlki deyil, vəziyyət kəskin şəkildə dəyişib. Sizin Ermənistan Respublikasında sizə məruzə edildiyi kimi hakimiyyətə malik deyilsiniz. Ermənistan Respublikasında hakimiyyət xalqın əlinə keçib".
Sarkisyan "7-8 faiz səs alan fraksiyanın xalqın adından danışmağa haqqı yoxdur", və danışıqları davam etdirmək niyyətində olmadığını deyə, qalxıb getdi.
Artıq 100 gündür, Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir vəzifəsində hakimiyyətə qayıtmasına qarşı bütün respublikada "itaətsizlik aksiyaları" keçirilir. Etiraz aksiyalarına minlərlə tələbə qatılıb. Paşinyanın çağırışı ilə onlar körpü və yolları bağlayır, dövlət müəssisələrini mühasirəyə alır, hamını "Serj Sarkisyanın mafioz rejiminə qarşı dinc itaətsizlik tədbirlərinə" birləşməyə çağırırlar.
Paşinyanın sözlərinə görə, Serj Sarkisyan ölkədə vəziyyətə nəzarət etmir və onunla yalnız "onun dinc yolla hakimiyyətin təhvil verilməsi məsələsini" müzakirə etmək olar.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər