''Apple''-şirkəti ən şox qadınlara üstünlük verir

''Apple''-şirkəti ən şox qadınlara üstünlük verir



101.az xarici mediaya istinadən məlumat verir ki, şirkət qadın işçilərinin kişilərə nisbətən 26 faiz az qazandığını açıqlayıb.

Böyük Britaniyadakı Apple ofisi bu ölkədə və Avropada olan işçiləri arasında gəlir bərabərsizliyini əks etdirən yeni bir hesabat dərc edib.

Bu araşdırma şirkətin Böyük Britaniyadakı üç ofisindəki işçiləri əhatə etdiyini nəzərə alsaq, qadınların kişilərə nisbətən orta hesabla 5 faiz az qazandığını deyə bilərik. Ümumi olaraq isə bu göstərici 26 faizdir.

İşçilər arasında ən böyük gəlir bərabərsizliyi isə Apple (UK) Ltd. şirkətində müşahidə edilib.

Şirkət rəsmiləri məsələ ilə bağlı açıqlamada bildirib ki, işçilərinin bərabərliyini təmin etmək üçün ciddi səylər göstərir.

Məlumata görə, Apple 2014-cü ildən etibarən yeni işə aldığı əməkdaşlarda qadınlara daha çox üstünlük verir.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR