Xəyalların Saxta bəzəyi “Avropa”

Xəyalların Saxta bəzəyi “Avropa”

101.az iş adamı Elvin Abbasovun "Xəyalların Saxta bəzəyi Avropa” məqaləsini oxucularına təqdim edir.

Avropa deyəndə ağlımıza “Azadlıq və rahat, firəvan həyat”, yəni “İnsan hüquqları”, “Sosial müdafiə” və ən əsası “Güclü səhiyyə” sistemi gəlir. Amma təəssüf ki, yaranan mövcud vəziyyətdə saxta Avropa mifi yox olur və insanlar onlara təlqin olunmuş bəzəkli xəyallardan oyanırlar. İnam sınır. Avropa və avropalılar əsl simalarını gizlədə bilmirlər. Qorxu və acizlik Avropada xaotik bir hal yaradıb. Avropalılar artıq sakit və soyuqqanlılıqla mədəni insan rolunu sərgiləyə bilmir. Bütün dünyada səhiyyə sahəsində yaranan fövqəladə vəziyyət Avropaya sıçrayan gündən həmin ölkələrdə marketlər kütləvi alışlara məruz qalır, insanlar ərzaq və digər malları almaq üçün bir-birini əzir və ya hücum edir.

Digər tərəfdən ABŞ “güclü ölkə, güclü vətəndaş” şüarı ilə dünyaya meqapolislik edən azadlığın, firavanlığın ölkəsində yaşayan insanlar nədənsə pandemiyaya qarşı silah almaq qərarına gəliblər. O cümlədən də Böyük Britaniyada silah satışlarının xeyli artdığına şahid olunur. Hətta Avropa ölkələri bir-birilərinə kömək etməkdən imtina edir, preparat və dezinfeksiya ləvazimatları verməyəcəklərini açıq-aydın elan ediblər. Hə, bir də İtaliya var. İtaliya artıq 80 yaşından yuxarı pandemiyaya yoluxmuş xəstələrə müdaxilədən imtina edib.

Bu məqaləni yazmaqda məqsədim sizə bu pandemiyanın bioloji silah olub olmadığından və ya pərdəarxası məqsədlərdən söhbət açıb ssenarilər yazmaq deyil. Nə də "Bu xəstəliyin ardınca hansı alışqanlıqlarımız dəyişəcək, ya da bizə nə təklif olunacaq?" suallarına cavab axtarmırıq. Bəlkə kripto-valyutalara zəmin hazırlanır, bəlkə də bioçiplərə. Amma bu yazının məqsədi saxta Avropa mifini dərk etməkdir.

Avropada rahat və firavan yaşayacağı günlərin xəyallarını quraraq, siyasi məhbus kimi sığınacaq almaq üçün Dövlətimizə siyasi təxribatlar edən şər, böhtan və yalanlarla Avropa məqsədlərinə çatmaq istəyən vətən xainləri, ümid edirəm ki, bu yaranan vəziyyət sizi düşündürmüşdür.

101.az (Visiontv.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR