Brilliant kimə xəbərdarlıq etdi? - "Haqqımı yeməyin!"

Brilliant kimə xəbərdarlıq etdi? - "Haqqımı yeməyin!"

Xalq artisti Brilliant Dadaşova haqqına girən, barəsində yalanlar uydurub danışan, saxta profillər yaradıb əleyhinə yazanlara səslənib.

101.az xəbər verir ki, müğənni haqqını onlara halal etməyib:

“Filosoflar deyir ki, bir yalanı çox danış, inanacaqlar. Haqqımda yalanı o qədər danışıblar, baxıb görürəm ki, insanları o yalanlara inandırmağa çalışıblar. Bu yalanı uyduranlara məəttəl qalmışam ki, görən bunlara neyləmişəm. İndi neyləyim ki, Allah onlara az istedad verib, mən musiqini çox bilirəm, bu, mənim bildiyim sahədir. Haqqı yeməmək lazımdır. Müəllimlərim deyirdi ki, sən Azərbaycan musiqisinə yeni məktəb gətirmisən. Heç vaxt deməmişəm, amma indi deyirəm, mənə baxıb, öyrənənlər, xırdalıqlarımdan, yolumdan, üsulumdan istifadə edib, evlərinə çörək pulu aparanlar, haqqı yemək yaxşı deyil. Bundan sonra da məndən öyrənəcəksiz, əcəb eləyəcəksiz, öyrənin, amma haqqımı yeməyin. Heç olmasa, mənə düşmən kəsilməyin, haqqımda yalan uydurmayın. Saxta profillər yaradıb, yazırlar, uşaq deyilik, bilirik bunu kimlər edir. Vaxt var idi, verilişimdə hamını tərifləyib, olduğundan da qat-qat artıq yüksək səviyyədə təqdim etmişəm”.

Xalq artisti bu fikirləri “Şou ATV” verilişində səsləndirib.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR