Merkelin ikinci koronavirus testinin nəticəsi açıqlandı

Merkelin ikinci koronavirus testinin nəticəsi açıqlandı

Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb.

101.az bildirir ki, bu barədə yerli "N-TV" telekanalı AFR hökumətinin nümayəndəsinə istinadən məlumat berib.

"Kansler əvvəlki kimi ev karantini şəraitində işləyir və növbəti həftənin əvvəlində daha bir test verəcək", - məlumatda qeyd olunub.

Merkel birinci testini bazar ertəsi günü vermişdi, onun cavabı elə həmin gün məlum olmuşdu.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR