Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü

Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində martın 25-i gündüz saatlarında dörd yaşlı qız bədbəxt hadisənin qurbanı olub.

101.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İlkin məlumatlara görə, evin həyətində 2016-cı il təvəllüdlü Məryəm Rəhimlinin üstünə qapı aşıb. Uşaq xəstəxanaya aparılarkən yolda aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR