“Şəhərdaxili nəqliyyatdan istifadə edənlərin sayı azalıb” - Ramin Quluzadə

“Şəhərdaxili nəqliyyatdan istifadə edənlərin sayı azalıb” - Ramin Quluzadə

“Bu gün Beynəlxalq Avtovağzaldan sərnişin daşıma yalnız Sumqayıt və Abşeron istiqamətində həyata keçirilir. Onların sayı gün ərzində 3 000 - 4 000 nəfərdən 300 nəfərə düşüb”.

101.az xəbər verir ki, bunları Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

R.Quluzadə əlavə edib ki, hazırda bütün avtovağzallar və nəqliyyat vasitələri dezinfeksiya olunur:

“Tətbiq edilən karantin rejimi ilə əlaqədar şəhərdaxili nəqliyyat vasitələrindən istifadə edənlərin sayı 80% azalıb. Əgər əvvəllər nəqliyyat vasitələrindən 1,5 mln nəfər vətəndaş istifadə edirdisə indi bu göstərici 52 minə düşüb”.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR