Koronavirusa yoluxan Fatih Terimdən XƏBƏR VAR

Koronavirusa yoluxan Fatih Terimdən XƏBƏR VAR

Koronavirusa yoluxan “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimin qızı Buse Terim atası ilə bağlı paylaşım edib.

101.az xəbər verir ki, Buse Terim paylaşımında atasının vəziyyətinin yaxşılaşdığını yazıb.

“Hər kəsə salam. Atamın vəziyyətinə maraq göstərənlər üçün deyim ki, yaxşıdır və yaxşılaşır. Ümid edirəm, daha da yaxşı olacaq. Bu xəstəliklə mübarizə aparan hər kəsə şəfa diləyirəm və sağalmasını arzu edirəm. Daha yaxşı xəbər verəcəyim günü səbirsizliklə gözləyirəm”.

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR