Premyer Liqa aprelin 30-dan tez başlamayacaq

Premyer Liqa aprelin 30-dan tez başlamayacaq

İngiltərə Premyer Liqasında mövsümün bərpası aprelin 30-dan tez mümkün olmayacaq.

101.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

İngiltərə Futbol Liqası (EFL) və Peşəkar Futbolçular Assosiasiyası (PFA) rəhbərlikləri birgə bu qəarı veriblər. Oyunlar yalnız təhlükəsiz şəraitin olduğu halda keçiriləcək.

Qeyd edək ki, 29-cu turda dayanan Premyer Liqaya 82 xalla "Liverpul" başçılıq edir. "Qırmızılar" ən yaxın izləyicisi olan "Mançester Siti"ni 25 xal qabaqlayır.

101.az (qol az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR