Amaliya Pənahova Fotoqrafları hədələdi

Amaliya Pənahova Fotoqrafları hədələdi

Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova ATV kanalında yayımlanan “Bizimləsən” proqramına telefonla bağlanaraq müzakirələrə səbəb olan fotosundan danışıb.

101.az xəbər verir ki, oxu.az-a aşıqlama verən aktrisa fotosunun düzgün çəkilmədiyini deyib:

“Onlar şəkilimi çəkmək istəyəndə təhrifə yol veriblər. Dünən başqa foto da çəkilmişdi. İndi mənim telefonumdadır. Onu sizə göndərə bilərəm. Sadəcə olaraq, bunu edənlər məxsusi olaraq işığı düz tutmurlar, təsadüfən çəkirlər.

Biri əlini kürəyinə qoyub şəkil çəkdi. Elə foto necə alınmalıdır? Mən də qalmaqal yaratmaq istəmirəm. Onlara nə deməliyəm? Bu, birinci hərəkət deyil. Məni təkləyiblər. Görünür, aidiyyəti orqanlara müraciət etməliyəm”.

Daha sonra aktrisa Zaurun “Yenidən plastik əməliyyat olunmusunuz” sualına “Yox, mənim başım başqa məsələlərə qarışıqdır”, - deyə cavab verib.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR