Avropada koronavirusun ən gənc qurbanı məktəbli oldu

Avropada koronavirusun ən gənc qurbanı məktəbli oldu

Parisdən olan 16 yaşlı məktəbli qız Avropada koronavirusun ən gənc qurbanı oldu.

101.az bildirir ki, Culi Elliotda ilk simptomlar bir həftə öncə müşahidə olunmağa başlayıb.
Əvvəlcə o, yüngül öskürüb, lakin qızın səhhəti getdikcə ağırlaşmağa başlayıb. Bazar ertəsi məktəbli xəstəxanaya yerləşdirilib, iki gündən sonra isə Culi dünyasını dəyişib.

Yeniyetmənin ailəsi gəncləri koronavirusa ciddi yanaşmağa səsləyib.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR