Milli Məclisin bəzi deputatları sabahkı plenar iclasa qatılmayacaq

Milli Məclisin bəzi deputatları sabahkı plenar iclasa qatılmayacaq

Milli Məclisin sabah - martın 30-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.

101.az-ın əldə etdiyi məlumata görə, yaşı 65-dən yuxarı olan deputatlara xüsusi karantin rejiminə əməl etmək və sabahkı iclasa qatılmamaq tövsiyə edilib.

Qeyd edək ki, Milli Məclisin sabahkı iclası saat 11:00-da başlayacaq. İclasın gündəliyinə 16 məsələ daxil edilib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR