"Şimali Koreya tərəfindən buraxılan raketin əlavə təhlilinə ehtiyac var"

"Şimali Koreya tərəfindən buraxılan raketin əlavə təhlilinə ehtiyac var"

Martın 29-da Şimali Koreya tərəfindən Yapon dənizi istiqamətində buraxılmış raket barədə məlumatların təhlilinə ehtiyac var.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə naziri Taro Kono jurnalistlərə həmin hadisəni şərh edərkən bildirib. T.Kono söyləyib ki, hazırda hökumət Şimali Koreya tərəfindən buraxılmış obyekt barədə məlumatları təhlil edir və onun yaxın məsafəli ballistik raket olduğu güman edilir.

Nazir deyib ki, həmin obyekt Yaponiyaya məxsus iqtisadi zonadan kənarda dənizə düşüb. Cari ayda artıq dördüncü sınağı keçirən Pxenyan bununla beynəlxalq ictimaiyyəti təhdid edir.

Şimali Koreyada da yeni koronavirus infeksiyasının yayılması barədə xəbərlərin yer aldığını söyləyən T.Kono, bunun müəyyən nəticələrinin ola biləcəyini də bildirib.

Əlavə olaraq qeyd edək ki, Cənubi Koreyanın qərargah rəislərinin birləşmiş komitəsi martın 29-da səhər saatlarında Şimali Koreya ərazisindən Yapon dənizi istiqamətində reaktiv obyektin buraxıldığını təsdiq edib.

ABŞ hökumətinin yüksək vəzifəli rəsmisi isə, buraxılış barədə məlumatlı olduqlarını və vəziyyəti diqqətlə izləyərək, müttəfiqlərlə məsləhətləşmələr apardıqlarını qeyd edib.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR