"Xalq artisti" adından utan" - Zöhrə Abdullayevadan sərt sözlər

"Xalq artisti" adından utan" - Zöhrə Abdullayevadan sərt sözlər

"Oxuya bilmirlər, xarici boğazlar edirlər. Sənin nə ixtiyarın var Hacı Xanməmmədovun mahnısına xarici boğaz edəsən?".

101.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "Gündən günə" verilişində deyib. Müğənni sənətə yeni gələn ifaçılardan söz açıb:

"Gənc müğənnilər yetişir, amma yaxşı oxumurlar. Siz bizim əvvəlki sənətkar mahnılarımızı oxuyun. Onda sənətçi ola biləcəksiniz.

Xalq artistimiz var ki, elə əcayib oxuyur ki... Sizə qurban olum, etməyin. Fəxri adından, Xalq artisti olmağından utan.

İncəsənətdə səhvsiz insan yoxdur. Amma ehtiyatlı olmalısan, elə etməlisən ki, xalqın gözündən düşməyəsən. Bəziləri var, qəhqəhə ilə gülür, nələr edir. "Vulqar" olmaq olmaz. Səbr kasam dolub, əvvəl belə danışmırdım. Nə işimə qalmışdı hansı Xalq artisti necə oxuyur".

https://ok.ru/video/1650410261204

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR