"Qarabağ" vaxtından əvvəl Azərbaycan çempionu oldu
"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
101.az xəbər verir ki, Səfərdə Dani Kintananın 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu yeganə qolla qalib gələn Qurban Qurbanovun komandası xallarını 59-a yüksəldib. Bununla da "Qarabağ" mövsümün başa çatmasına 4 tur qalmış 42 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ" üçün əlçatmaz olub.
Bu, Ağdam komandasının ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğu kimi tarixə düşüb.
Eyni saatda start götürən "Neftçi" - "Qəbələ" görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən "ağ-qaralar" xallarını 37-yə çatdırıblar və "Zirə"ni keçərək, 4-cü pilləyə yüksəliblər.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər