Dünyanın ilk trilyoneri o, ola bilər

Dünyanın ilk trilyoneri o, ola bilər

Dünyanın əksər şirkətlərinin və iş adamlarının koronavirus pandemiyası fonunda maliyyə itkisinə məruz qaldığı zamanda dünyanın ən varlı adamı, 56 yaşlı Ceff Bezos gəlirlərini artırmaqda davam edir.

101.az xəbər verir ki, bu yaxınlarda “Forbes” jurnalının verdiyi məlumata görə, təkcə bir gün ərzində Bezosun sərvəti 6,4 milyard dollar artaraq 138 milyard dollara çatıb. Bunun “Amazon” korporasiyasının səhmlərinin dəyərinin rekord səviyyədə - 5,3% artması ilə əlaqədar olduğu bildirilib. Hazırda şirkətin bir qiymətli kağızının dəyəri 2 238 dollardır.

Bezosun səhmlərinin kəskin artmasının əsas səbəblərindən biri pandemiya və bu dövrdə onlayn ticarətə tələbatın artması olub. Amerikalılar, hətta tualet kağızını belə onlayn mağazalardan almağa başlayıblar.

Mütəxəssislərin fikrincə, “Amazon” səhmlərinin dəyərinin sürətlə artması C. Bezosu tarixdə ilk trilyoner edə bilər. Hesablamalara görə, bu, 2026-cı ilə qədər baş verəcək.

Qeyd edək ki, dünyanın ən zəngin 10 milyarderi arasında yer alan Ceff Bezos 2020-ci ilin əvvəlindən etibarən sərvətini artıra bilən yeganə milyarderdir.

101az (“Qafqazinfo”)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR