İftar süfrəsinə asan və fərqli yeməklər hazırla

İftar süfrəsinə asan və fərqli yeməklər hazırla

101.az "İftar menyusu"nu təqdim edir:

Düyülü ləvəngi

Ərzaq:
Toyuq - 1 ədəd
Düyü - 1 stəkan
Yumurta - 2 ədəd
Göbələk - 100 qr.
Mayonez - 4 x/q.
Duz, istiot və ədviyyat zövqə görə

Hazırlaması:
Toyuğu təmizləyib yuyun. Ayaqları və qolları üstündə qalmaqla əti dəridən ayırın. (elə edin ki, dəri bütöv qalsın). Yumurta və düyünü ayrı-ayrılıqda bişirin. Ayırdığınız toyuq ətini suda qaynadın. Düyü hazır olduqdan sonra göbələkləri və bişmiş toyuq ətini xırda doğrayıb, üstünə əlavə edin. Üzərinə mayonez, duz və istiot töküb qarışdırın. Alınan qarışığı və bişmiş yumurtaları ehtiyatla dərinin içinə yığıb, tikin. Sarıkök, duru yağ, turşu, duz və istiotu qarışdırıb, toyuğun üstünə çəkib, sobada 30 dəqiqə bişirin.

Göbələkli kartof

Ərzaq:
Kartof - 1 kq.
Soğan - 1 ədəd
Süd - 0,5 stəkan
Kərə yağı - 50 qr.
Yumurta - 1 ədəd
Göbələk - 400 qr.
Duru yağ - 2 x.q.
Xama - 50 qr.
Duz, istiot zövqə görə

Hazırlanması:
Soğanı və göbələyi təmizləyib, dördkünc formada doğrayıb, duru yağda qızardın. Kartofların qabığını soyub, iki yerə bölüb, duz əlavə edərək bişirin. Hazır olduqdan sonra suyunu süzüb, süd, yumurta, istiot və kərə yağını qatıb, püre hazırlayın. Bir qab götürüb (sobaya qoya biləcəyiniz) yağlayın. Pürenin yarısını qaba töküb, üzərinə soğanla göbələyi əlavə edin. Qalan püreni də üstünə töküb, xala əlavə edib, sobaya qoyun. 20-25 dəqiqə bişdikdən sonra süfrəyə verin.

Meyvəli piroq

Ərzaq:

Xəmir üçün:
Süd - 1 stəkan
Yumurta - 2 ədəd
Duru yağ - 50 ml.
Kərə yağı - 50 qr.
Şəkər tozu - 1 stəkan
Maya - 40 qr.
Un - 4-5 stəkan

İç üçün:
Meyvə qurusu - 100 qr.
Şəkər tozu - ¼ stəkan
Vanil - 1 paket
Şəkərli meyvə qabığı - 30 qr.
Darçın - 1 ç/q.

Qlazur:
Şəkər tozu - 2 x/q.
Portağal şirəsi - 2 x/q.

Hazırlanması:
Süd, yumurta, şəkər tozu və unu qatıb, mayalı xəmir hazırlayın. Xəmiri gəlməyə qoyun. Quru üzümü və meyvələri xırda doğrayın. Xəmirdən bir az götürüb, 0,5 sm. qalınlığında yayın. Üstünə kərə yağı çəkib, meyvə qurularını, şəkər tozunu, vanili və darçını töküb, rulet formasında bükün. Sonra ruletin hər iki tərəfini birləşdirib, oval formaya salın. Üstünə yumurta çəkib, ruletin kənarlarını bıçaqla çərtin. 20 dəqiqə isti yerdə saxladıqdan sonra bişirin. Portağal şirəsinə şəkər tozu əlavə edib, vam odda bişirin, rulet hazır olduqdan sonra alınan qlazuru üstünə tökün.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR