ÜST-dən məyusedici PROQNOZ: Payızda vəziyyət pisləşəcək

ÜST-dən məyusedici PROQNOZ: Payızda vəziyyət pisləşəcək

Ümumdünya Səhiyyə Təşkilatı mövsümi koronavirusun ikinci dalğasına qızılca və qrip epidemiyasının da qoşulacağını açıqlayıb.

101.az xəbər verir ki, ÜST payızda baş verə biləcək koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib. Bildirilib ki, o vaxta qədər bir çox ölkədə məhdudiyyətlərin qaldırılma ehtimalı var. Bəziləri artıq sərhədləri açmağa hazırlaşır, mağazalar açılmaqdadır, Almaniyada idman yarışlarını davam etdirməyə hazırlaşırlar.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin direktoru Hans Kluge “The İndependent” qəzetinə müsahibəsində “Avropa ölkələri yeni növ koronavirusun ikinci dalğasına hazırlaşmalı və pandemiya səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri qaldırarkən ehtiyatlı olmalıdırlar. Təhlükə ondadır ki, qrip və qızılca xəstəliyi də ənənəvi olaraq payızda baş verir. Beləliklə həkimlərin yükü indikindən daha çox ola bilər. Vaksin icad olunduqdan sonra virusun yayılmasını dayandırmaq mümkün olacaq”, - deyə qeyd edib.

Rusiya mətbuatı yazır ki, könüllülər tərəfindən dərmanla bağlı aparılan araşdırma iyun ayına qədər tamamlanacaq, peyvənd isə sentyabra kimi hazır ola bilər.

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR