Azər Talıbov nazir müavini vəzifəsindən azad edildi

Azər Talıbov nazir müavini vəzifəsindən azad edildi

Rusiyanın Baş naziri Mixail Mişustun Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

101.az-ın məlumatına görə, baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.
Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR