"Həmin insanlar kordular" - Elza Seyidcahan

"Həmin insanlar kordular" - Elza Seyidcahan

"Bildi, bilmədi danışan insanlara qarşı özümü kor edirəm, həmin lazımsızları görmürəm. Onlar da kordular ki, lazımlı nələrisə görmürlər".

101.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Ən yaxşısı" verilişində deyib. Müğənni qalmaqal etdiyi həmkarlarından söz açıb.

Sənətçi karantin günlərini necə keçirməsindən danışıb. O bildirib ki, evdə qalanda heç darıxmayıb:

"Evdə nələr etmədim ki? İnsanın öz evində həyatı, yaradıcılığı yoxdursa, çöldə də həyatı olmazdı. Bütün günü sənətlə məşğul oldum.

Çoxları mənim arxamca danışır. Onlara cavab: zəiflər hər zaman güclülərə paxıllıq edirlər. Allah hər kəsə fərqli xüsusiyyət verib. Mən uğur məbədinin günbəzlərini qururam, kimlərsə hələ məni müzakirə edirlər".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR