Azərbaycanda neft hasilatı artıb

Azərbaycanda neft hasilatı artıb

Yanvar-aprel aylarında Azərbaycanda 12,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 11 min ton çox olub.

Energetika Nazirliyi bildirilib ki, respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 1,3 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 milyon ton təşkil edib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR