Goraboyda 21 yaşlı gənc qətlə yetirilib

Goraboyda 21 yaşlı gənc qətlə yetirilib

Goranboy rayonunda qətl törətməkdə təqsirli bilinən Kamran Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

101.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 21 yaşlı İsgəndərov Faiq Kənan oğlu bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Məmmədov Kamran Ələddin oğlu tutularaq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR