Türkiyədə soyuqdəymə koronavirusun əlaməti hesab edildi

Türkiyədə soyuqdəymə koronavirusun əlaməti hesab edildi

Türkiyədə soyuqdəymə ilə bağlı xəstəxanaya müraciət edən şəxslər koronavirus testindən keçiriləcək.

“İhlas Haber Ajansı” (İHA) bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat verib.

Türkiyədə hazırda koronavirusa yoluxanlarla təmasda olanlar koronavirus testindən keçirilir. Virusun yayılma sürətinin azalması və görülən tədbirlərin təsiri ilə xəstəxanaya müraciətlər tədricən azalıb.

Səhiyyə Nazirliyinin nəzdində koronavirusla bağlı Elmi Komitə soyuqdəymənin də koronavirus əlamətləri arasında yer almasını və bu şikayətlə xəstəxanaya müraciət edənlərə COVID-19 testi tətbiq ediləcəyini bildirib.

İyunun 15-dən sonra açılması gözlənilən restoran və kafelərin işçiləri də testdən keçiriləcək.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR