Sumqayıtda intihara cəhdin qarşısı alındı — Qadın xilas edildi

Sumqayıtda intihara cəhdin qarşısı alındı — Qadın xilas edildi

Sumqayıtda intihara cəhd hadisəsi qeydə alınıb.

101.az bildirir ki, şəhərin 6-cı mikrorayonunda hündürmərtəbəli binanın 11-ci mərtəbəsinin eyvanına çıxan, təxminən 20-25 yaşlarındakı qadın özünü atmaq istəyib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Xilasedicilər vətəndaşın özünə sui-qəsd etmək istəyinin qarşısını alıblar.

101.az (APA)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR