Rusiyada məzunlar bu il hərbi xidmətə çağırılmayacaq

Rusiyada məzunlar bu il hərbi xidmətə çağırılmayacaq

Rusiyada məzunlar üçün hərbi çağırış bu il təxirə salınıb.

101.az-ın məlumatına görə, bu barədə RF dövlət başçısı Vladimir Putin COVID-19-un yayılması şəraitində təhsil sistemində vəziyyəti müzakirə etmək üçün keçirdiyi onlayn iclasda bəyan edib.


“Biz Təhsil naziri ilə birlikdə belə qərara gəlmişik ki, bu ilin məzunlar üçün hərbi çağırış təxirə salınsın”, - deyə prezident bildirib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma halına görə dünyada ikinci yerdədir. Belə ki, ölkədə bu günə qədər 317 554 nəfər COVID-19-a yoluxub, 3 099 nəfər isə ölüb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR