Prezident Umayra Tağıyevanı təltif etdi

Prezident Umayra Tağıyevanı təltif etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

101.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə bu ordenə layiq görülüb.

Qeyd edək ki, U.Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR