Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 400 nəfərə yaxınlaşır

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 400 nəfərə yaxınlaşır

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 15 nəfər yoluxub.

101.az-ın verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 365 nəfərə çatıb.

N.Usanbayev qeyd edib ki, ötən gün, həmçinin 8 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 957 nəfər koronavirusdan sağalıb.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR