Ayaqda qıcolmalara qarşı nə etməli — ƏN SADƏ ÜSUL

Ayaqda qıcolmalara qarşı nə etməli — ƏN SADƏ ÜSUL

Ayaq əzələlərinin qıcolması-qəflətən yaranan kəskin ağrıdır. Qıcolma zamanı əzələlər gərginləşərək sərtləşir və bərkiyir.
Qıcolmalar ayağın müxtəlif hissələrində, xüsusən baldır əzələlərində yaranır. Əgər qıcolma nadir hallarda baş verirsə narahat olmaq lazım deyil. Bu zaman rahat vəziyyət almaq və gərilmiş əzələləri yüngül masaj etmək lazımdır.

Qıcolmalar tez –tez baş verərsə onun yaranma səbəbini müəyyən etmək lazımdır.

SƏBƏBLƏRİ:

-orqanizmin maye itkisi (elektrolitlərin, mikroelementlərin orqanizmdən xaric olması)

-orqanizmdə vitamin və mineral maddələrin defisiti (kalsi, maqni, vitamin D) Bu maddələr sinir impulslarının əzələlərə ötürülməsində iştirak edirlər.

-həddindən artıq zülal qəbulu-kalsinin mənimsənilməsinə mane olur.

-temperaturun kəskin dəyişməsi (məs. soyuq suda çimdikdə )
-fiziki gərginlik (xüsusən idmançılarda )

-bəzi xəstəliklər (şəkərli diabet, varikoz, qalxanabənzər vəzi xəstəliyi, yastıpəncəlilik, baş beyin şişləri)

-stres-orqanizmin kalsi itkisinə səbəb olur.

Gecələr ayaqlarda yaranan qıcolmaların səbəbi və simptomları:

Gecələr ayaqda yaranan qıcolmaların səbəbi , bir qrup əzələlərin bədənin vəziyyəti dəyişən zaman gərginləşməsidir. Belə qıcolmalar güclü ağrıya səbəb olur. Qıcolmadan sonra yaranan ağrıların uzunmüddətli olmasının səbəbi spazm nəticəsində əzələlərdə toplanan laktatdır.

Gecələr yaranan qıcolmaların bir səbəbi də aşağı ətraflarda yaranan trombozlardır.

101.az gecələr ayaqları, barmaqları uyuşan, qıcolan və dəhşətli ağrı verən insanlar üçün maraqlı sadə üsulu təqdim edir. Bunu etsəniz bu xoşagəlməz ağrı hissindən azad ola bilərsiz.

101.az (medicina az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR