Xəbərdarlıq: Hava yenidən pisləşəcək

Xəbərdarlıq: Hava yenidən pisləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 30-dan havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.
Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR