Mirqiyas Sarıyev: “Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq da ildən-ilə inkişaf edir”

Mirqiyas Sarıyev: “Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq da ildən-ilə inkişaf edir”

Taxılın investisiya baxımdan həm gəlirli həm də faydalı bitki olması artıq sahibkarı əkinçiliyin digər sahələri ilə maraqlanmasına da şərait yaradır. Gənc sahibkar olaraq əkinçilik -xüsusən taxıl əkini nəzərimdən yayına bilməzdi. Məhz bu səbəbdən 2 il öncə marağımı cəlb edən bu sahədən gözləntilərimi artıqlaması ilə doğruldacaq qədər kar əldə edərək tarlada çalışan işçi qüvvəsinin ehtiyaclarını ödəməklə yekunlaşdırdım. Növbəti il azacıq təcrübə topladım lakin mənfəət əldə etmək qismət olmadı. Bir işin uğurla nəticələnməsi üçün inadkarlıq və səbrin önəmli təməli olduğunu nəzərə alıb 500 ha ərazidə taxıl və arpa becərmək niyyəti ilə yola başladıq.

Taxıl biçilib yığıldıqdan sonra onun yerinə növbəti il əkilən bitkidən daha yaxşı məhsul götürmək olur. Hər sahədə olduğu kimi əkinçilikdə, fermerlikdə də önəmlisi yeni üfüqləri kəşf etdirəcək uzun yola başlamazdan öncə ilk addımı atmaqdır. Unutmayaq ki, ''Ağır iş - vaxtında etmədiyimiz asan işlərin cəmidir.'' Əgər sağlam genofondumuzun olmağını istəyiriksə, mütləq doğma kənd təsərrüfatınımızın inkişafına öz töhfəmizi verməliyik.

2019-cu ilin respublika üzrə göstəricilərinə nəzər salsaq görərik ki ötən il aqrar sahədə xüsusilə taxıl mövsümünün müsbət göstəriciləri ilə yadda qaldı.

Əsas taxıl biçini dövrü ötən illə müqayisədə 20 gün tez başa çatıb və 3228330 ton məhsul toplanıb. Respublika üzrə taxıl istehsalının orta məhsuldarlığı 31,3 sentner, o cümlədən buğda üzrə orta məhsuldarlıq 32,4 sentner, arpa üzrə isə 29,7 sentner təşkil edib. 2018-ci illə müqayisədə buğdanın məhsuldarlığı 2,3 sentner, arpanın məhsuldarlığı isə 1,8 sentner artıb. 2018-ci illə müqayisədə bu il 200 min ton artıq buğda və arpa məhsulu toplanıb”.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR