Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilənin müddətini uzatdı

Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilənin müddətini uzatdı

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın "Ufa" klubu bir neçə futbolçusu ilə müqavilənin müddətini uzadıb.

101.az xəbər verir ki, mayın 31-də sözləşmələri başa çatan oyunçuların müqavilələri yenilənib.

Azər Əliyevlə yanaşı Aleksandr Puçko, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suzov və Pavel Alikin mövsümün sonunadək "Ufa"da qalacaq.

Qeyd edək ki, Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR