Mütəxəssislər elektron siqaretlərin orqanizmə ziyanı barədə

Mütəxəssislər elektron siqaretlərin orqanizmə ziyanı barədə

Tütün istehlakının bütün formaları, o cümlədən müasir qurğularla çəkilməsi sağlamlığa ziyan vurur.

101.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, bütün bunlar xərçəng xəstəliyinin inkişafına yol açır.

Qeyd olunur ki, elektron siqaretlərin əsas komponentləri nikotin, qliserin, propilen qlikol və aromatizatorlardır.

Mütəxəssislər bildirir ki, nikotin müəyyən müddət selikli qişaya təsir göstərir. Bunun zərərli təsiri altına endokrin, ürək-damar, əsəb sistemləri düşür.

Eyni zamanda, qliserin qızarkən kanserogen maddəyə parçalanır. Elektron siqaretlərdə qliserinin həcmi çox olmasa da, uzunmüddətli istifadə xərçəngin inkişafı riskini artıra bilər.

Adi siqaretlər isə ağciyər xərçənginin yaranmasının əsas səbəblərindəndir.

Qeyd edək ki, hər il mayın 31-də Beynəlxalq tütünsüzlük günü qeyd olunur.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR