Ter-Ştegen “Barselona”nın təklifindən imtina etdi

Ter-Ştegen “Barselona”nın təklifindən imtina etdi

Almaniyalı qapıçı Mark Andre Ter-Ştegen çıxış etdiyi “Barselona” klubu ilə yeni müqavilənin şərtlərinə dair razılığa gələ bilmir.

Bu barədə məşhur italiyalı jurnalist Nikola Skira “Twitter” hesabında məlumat verib.

Jurnalist yazır ki, Kataloniya klubunun rəhbərliyi Ter-Ştegenə illik 6,3 milyon avro təklif edir. Amma bununla razılaşmayan 28 yaşlı qapıçı 10 milyon avro tələb edir.

Növbəti həftə tərəflər arasında yeni danışıqların aparılacağı gözlənilir.

Qeyd edək ki, Ter-Ştegenin “Barselona” klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR