"Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ

"Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ

"Neftçi" müqavilə müddəti başa çatan müdafiəçi Donald Gerye ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

101.az-ın məlumatına görə, bu barədə klubun rəsmi "Facebook" səhifəsi xəbər yayıb.

Donald Gerye bu mövsüm “Neftçi”nin heyətində 14 oyunda meydana çıxıb, 1 qol vurub.

Qeyd edək ki, Donald Gerye "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı. Daha əvvəl “Qarabağ” (2017 - 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb. Onun "Qarabağ"a qayıdacağına dair xəbərlər dolaşırdı.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR