"Sosiskanı oğluma verirdik, özümüz ac qalırdıq" - Brilliant Dadaşova

"Sosiskanı oğluma verirdik, özümüz ac qalırdıq" - Brilliant Dadaşova

"Ədalət müəllimlə bir-birimizə çox bənzəyirik. 1985-ci ildə tanış olmuşuq, o vaxtdan bu yana əl-ələ davam etmişik".

101.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "5/5" verilişində deyib. Müğənni həyat yoldaşından və yaşadıqları çətin günlərdən söz açıb:

"Pulsuz anlarımız olub. O vaxtlar paketin içində preslənmiş beş ədəd sosiska satırdılar. Onu ancaq uşağımıza verirdik, biz yemirdik. Çünki ev almışdıq, onu ödəməyə çalışırdıq. Çətinlik hər bir ailədə olub. Gənc ailə idik, hərc-mərclik zamanında yaşayırdıq. Yoldaşım Rus Dram Teatrının direktor müavini vəzifəsində çalışırdı. O dövrdə heç fikir vermirdi".

Qeyd edək ki, müğənni Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR