Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlandı

Asiya ölkələrində koronavirusdan ölümün az olmasının səbəbi açıqlandı

Asiya ölkələrində koronavirusdan ölüm nisbəti dünyanın başqa hissələrində yerləşən dövlətlərlə müqayisədə azdır.

101.az xəbər verir ki, bunu yaponiyalı professor və epidemioloq Kentaro İvata bildirib.


Onun sözlərinə görə, həmin fakta səbəb genetik xüsusiyyətlər və insanların immun sistemi ola bilər.

Asiyalıların genetik xüsusiyyətləri onlara virusun öhdəsindən asanlıqla gəlməyə kömək edir. Eyni zamanda, qitə sakinləri başqa viruslara yoluxaraq və vərəm əleyhinə peyvənd olunaraq orqanizmlərində immunitet formalaşdırıblar.

Mütəxəssis qeyd edib ki, asiyalıların piylənmə, tromblaşma və yüksək təzyiq problemi azdır. Bunlar orqanizmin virusa qarşı həssaslığını azaldır.

O, eyni zamanda, hipotezin hələlik elmi sübutlara əsaslanmadığını bildirib.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR