Çin şirkətlərinə ABŞ məhsullarının idxalını qadağan etdi

Çin şirkətlərinə ABŞ məhsullarının idxalını qadağan etdi

Çin dövlət şirkətlərindən ABŞ-dan soya və donuz əti idxalını dayandırmasını tələb edib.

101.az xəbər verir ki, Vaşinqton Pekin və ya Honq Konqa qarşı daha məhdudlaşdırıcı tədbirlər görsə, Çin ABŞ-dan kənd məhsulları qadağalarının siyahısını artıra biləcəyini açıqlayıb.

Qeyd edək ki, mayın 29-da ABŞ prezidenti Donald Tramp Pekinin fəaliyyəti ilə əlaqədar olaraq, Honq Konqun bütün imtiyazlarını ləğv etmə prosesinə başladığını deyib. Bunlar ixrac nəzarəti, ikili texnologiyaların istifadəsi və malların gömrük rəsmiləşdirilməsidir.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR