Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

Futbol üzrə Bosniya və Herseqovina çempionatı vaxtından əvvəl başa çatıb.

Bosniya və Herseqovina Futbol Federasiyası xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin videokonfransında qəbul edilib.

22 turdan sonra 45 xala malik "Sarayevo" çempion olub. İkinci yeri isə 42 xalla "Jelezniçar" tutub.

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi "Çelik" 17 xalla 11-ci olduğu üçün aşağıdakı dəstəyə düşüb. 8 xalla sonuncu - 12-ci yerdə olan "Zviezda" da eyni aqibətlə üzləşib.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR