"Barselona" "İnter"in hücumçusunu alır: Razılıq əldə olundu

"Barselona" "İnter"in hücumçusunu alır: Razılıq əldə olundu

İspaniyanın "Barselona" klubu İtaliya "Roma"sı ilə futbolçu Lautaro Martinesin transferinə dair tam razılıq əldə edib.

101.az-ın verdiyi məlumata görə, argentinalı hücumçu Kataloniya komandasında 12 milyon avro maaş və bonuslar qazanacaq. "İnter"ə isə 111 milyon avro ödəniləcək. Amma "Barsa" 90 milyon avro və hansısa oyunçusunu verməklə də İtaliya klubunu razı sala bilər. Daha əvvəl 60 milyon avro, Arturo Vidal və Nelson Semedunu təklif edən İspaniya klubu rədd cavabı almışdı.

Qeyd edək ki, bu mövsüm Lautaro Martines İtaliya A Seriyasında 22 oyuna 2-si penaltidən olmaqla, 11 qol vurub və 1 məhsuldar ötürmə verib. 22 yaşlı forvardın hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR