ABŞ-da həbsxanalar 25 ildə ilk dəfə bağlandı

ABŞ-da həbsxanalar 25 ildə ilk dəfə bağlandı

ABŞ federal həbsxanaları 25 il ərzində ilk dəfə bağlanıb. 101.az xəbər verir ki, bu barədə “Government Executive” saytı ABŞ Həbsxanalar Bürosunun məktubuna istinadən məlumat yayıb.

Hakimiyyət bu qərarı afroamerikalı Corc Floydun ölümündən sonra başlayan iğtişaşlar fonunda qəbul edib. Həbsxanaların iğtişaşlar bitənə qədər bir müddət təhlükəsizliyi təmin etmək üçün bağlı qalacağı bildirilir.

ABŞ Həbsxanalar Bürosuna ölkə üzrə 122 qurum daxildir. Burada təqribən 165,5 min nəfər həbsdədir və demək olar ki, 37 min nəfər işçi var.

Xatırladaq ki, ABŞ-da iğtişaşlar mayın 25-də Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən saxlanılmasından sonra ölən afroamerikalı Corc Floyda görə başlayıb. Ölkəni etiraz aksiyaları bürüyüb, bir neçə ştat və şəhərlərdə komendant saatı elan edilib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR